12px13px15px17px
Tarix:06/12/12

İnternetdə uşaq pornoqrafiyası ilə mübarizə aparmaq üçün ittifaq yaradılıb

Avropa Birliyi ölkələri və ABŞ daxil olmaqla təxminən 50 ölkə internetdə uşaq pornoqrafiyası ilə mübarizə aparmaq məqsədi ilə beynəlxalq ittifaqın yaradılmasını bəyan ediblər. ABŞ-ın baş prokuroru Erik Holder və Daxili işlər üzrə Avropa komissarı Sesiliya Malstrom "Global Alliance Against Child Sexual Abuse Online" ittifaqının yaradılması və işinə start verilməsini elan ediblər.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, ittifaqda Avropa Birliyinə daxil olan bütün ölkələr, o cümlədən Cənubi Koreya, Türkiyə, Vyetnam, Nigeriya və digərləri iştirak edir.

İttifaqın təşəbbüskarları vurğulayıblar ki, iştirakçı ölkələr yeni qurum vasitəsilə internetdə uşaq pornoqrafiyası ilə mübarizə aparmaq üçün kampaniyaların keçirilməsi ilə əlaqədar bir-biri ilə daha asan və sürətli şəkildə əlaqə saxlaya biləcəklər.

EMİL



Baxış sayı: 976

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024