12px13px15px17px
Tarix:26/07/11

Bu gün müəllim olmaq istəyənlər kompyuter qarşısında imtahan verir

Bu gün Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı ilk imtahan keçirilir. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən verilən məlumata görə, ilk imtahan ibtidai sinif müəllimliyi ixtisası üzrədir. İmtahanlar iyulun 30-dək davam edəcək, nəticələr iyulun 31-də açıqlanacaq. İmtahanlar Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində keçirilir. Bu gün səhər saat 9-da başlayan imtahanlar axşam saat 6-dək davam edəcək. Hər bir müəllim kompyuter qarşısında 1 saat ərzində imtahan verəcək. Hər saatın tamamında isə imtahan verən qrup digər qrupla əvəzlənəcək. Qeyd edək ki, hazırda ölkədə ibtidai sinif müəllimliyi ixtisası üzrə 110 vakant yer var. Vakant yerlərdən 23-ü Bakı, 87-si isə digər şəhər və rayonlar üzrədir. Müəllimlərin işə qəbulu ilə bağlı elan edilən ixtisaslar üzrə vakant yerlərə elektron ərizə verənlərin çoxu ibtidai sinif müəllimliyinə üstünlük verib. Bu ixtisas üzrə vakant yerlərə 1834 nəfər ərizə ilə müraciət edib.
Ümumiyyətlə, Azərbaycanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu üzrə elan edilən vakant yerlərə 9342 nəfər ərizə verib. Hazırda Azərbaycanda 2177 müəllimə ehtiyac var. Vakant yerlərin 374-ü Bakı şəhəri üzrə, 1803-ü isə digər şəhər və rayonlar üzrədir.



Baxış sayı: 1323

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024