12px13px15px17px
Tarix:06/12/12

“Nokia” şirkəti “Windows Phone 8” platformasında ən ucuz smartfonunu təqdim edib (VİDEO)

Finlandiyanın "Nokia" şirkəti "Windows Phone 8" platformasında ilk büdcəyə uyğun "Lumia 620" smartfonunu təqdim edib. Bu smartfon hazırda "Microsoft"un yeni mobil əməliyyat sistemi ilə işləyən ən ucuz qurğudur.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, qurğu, ilk növbədə gənclər üçün nəzərdə tutulub. "Lumia 620" smartfonunun texniki xüsusiyyətləri elə də güclü deyil, lakin o, dizayn cəhətdən gözəl işlənilib və parlaq rəng çalarlarında istehsal edilir.

Qurğu 800x480 piksel təsvir ölçüsündə 3,8 düymlü ekran, 1300 milliamper/saat tutumlu akkumulyator, 1 QHs (qiqahers) takt tezliyində işləyən ikinüvəli "Qualcomm S4" prosessoru, 512 meqabayt əməli yaddaş, 5 meqapikselli əsas kamera və 0.3 meqapikselli ön kamera ilə təchiz edilib. Daxili yaddaşın həcmi 8 qiqabayt təşkil edir. "microSD" kartları vasitəsilə onu artırmaq mümkündür.

Sözsüz ki, "Lumia 620" smartfonu xüsusiyyətlərinə görə bundan əvvəl təqdim edilmiş "Lumia 820" və xüsusən "Lumia 920"-yə uduzur. Bu telefon cihaza çox pul xərcləmək istəməyən, lakin "Windows Phone 8" platformasının özəlliklərindən yararlanmaq arzusunda olanlar üçün uyğundur.

EMİL



Baxış sayı: 1249

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024