12px13px15px17px
Tarix:06/12/12

Britaniyalı ad gününə “Facebook” vasitəsilə 1000 qonaq çağırıb

Britaniyanın Hartfordşir qraflığında yerləşən kəndlərdən birinin sakini 21-ci doğum gününü çox canfəşanlıqla qeyd etdiyinə görə cərimələnib. Olli Burmen dostlarını tədbirə dəvət etmək üçün "Facebook" sosial şəbəkəsindən istifadə edib. O, təxminən 200 qonaq gözləyirdi, lakin onların sayı 5 dəfə daha çox olub.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, gənc britaniyalı valideynlərinin Dubayda istirahət etməsindən istifadə edərək bayramı daha səs-küylü keçirməyə qərar verib. Onun sosial şəbəkədəki dəvətinə təxminən 1000 nəfər səslənərək qonaq gəlib və onların heç də hamısı qaydalar çərçivəsində davranmayıb.

Olli Burmenin səs-küydən, dava-dalaşdan, oğurluqdan narazı qalmış qonşuları tezliklə polis bölməsinə zəng vurublar. Güc qüvvələri qayda-qanun yaratmaq üçün əlavə qüvvə çağırmalı olublar və axşam saat 11:00-da bayramı dayandırıblar. Nəticədə 21 yaşlı britaniyalı ictimai asayişi pozduğuna görə 500 funt-sterlinq, məhkəmə xərci kimi isə 85 funt ödəməlidir.

EMİL



Baxış sayı: 775

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024