12px13px15px17px
Tarix:26/07/11

“Sony” dünyanın ən nazik fotokamerasını təqdim edib

Yaponiyanın “Sony” korporasiyası yeni kompakt rəqəmli fotokamera istifadəyə verib. “Cyber-shot” model xəttinə aid olan “DSC-TX55” öz sinfində dünyanın ən nazik fotokamerasıdır. Belə ki, onun qalınlığı cəmi 12,2 millimetr təşkil edir ki, bu da standart “AA” batareyalarının diametrindən (13,5 mm.) də azdır. 16,2 meqapikselli “Exmor R CMOS” sensoru, 5 qatlı optik böyüdülmə imkanlı obyektiv, təsvirin optik stabilləşdirilməsi sistemi, quraşdırılmış işıqlandırma və 3,3 düymlü sensor “OLED Xtra Fine” displeyi ilə təchiz olunmuş “Sony Cyber-shot DSC-TX55” modelində çəkiliş obyektində cəmi 0,1 saniyəyə kəskinlik təyin etmək imkanı verən təkmilləşdirilmiş avtomatik fokus sistemi quraşdırılıb. “Sony” nümayəndələrinin sözlərinə görə, yeni kompakt fotokamera keyfiyyət itirilmədən 10 qatlı rəqəmli böyüdülmə effekti verən “By Pixel Super Resolution” texnologiyasını dəstəkləyir. Həmçinin, yeni qurğuda fotoşəkillərə kompyuter və ya xüsusi proqram təminatı istifadə etmədən yaradıcı effektlər əlavə etmək imkanı verən “Picture Effect” funksiyası əlavə edilib.
Adi ikiölçülü şəkillərlə yanaşı, “Sony Cyber-shot DSC-TX55” həmçinin “3D” formatlı foto, eləcə də “Full HD” formatlı video çəkmək imkanı ilə də təmin edilib. Bununla yanaşı, qeyd olunur ki, fotoaparat eyni zamanda 12 meqapiksel ölçüdə foto və video çəkə bilir. Lentə alınmış materialın saxlanılması üçün “Memory Stick Micro” və “MicroSD/SDHC” formatlı yaddaş kartları saxlanıla bilər. Qeyd olunur ki, “Sony”-nin yeni kompakt rəqəmli fotokamerası cari ilin sentyabrında satışa çıxarılacaq. Onun qiyməti isə 350 ABŞ dolları civarında olacaq.


www.news-it.net



Baxış sayı: 1562

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024