12px13px15px17px
Tarix:26/07/11

ABŞ-ın kompyuter təhlükələrinə qarşı sürətli reaksiya göstərən xidmət rəhbəri istefaya gedib

ABŞ-da kompyuter təhlükələrinə qarşı sürətli reaksiya göstərən xidmət rəhbəri (Computer Emergency Readiness Team, US-CERT) Rendi Vikers istefaya gedib. “Reuters” bildirib ki, o, iyul ayının 22-də işdən çıxıb . “US-CERT”-də rəhbər vəzifəsini müvəqqəti olaraq Vikersin müavini Li Rok icra edəcək. ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyində Vikersin istefa səbəbini bildirməkdən imtina ediblər. Ancaq “Reuters” qeyd edib ki, səbəb hökumət serverlərinə bir neçə ciddi hücum olub.
Belə ki, iyul ayının 11-də məlum olub ki, “Anonymous” qruplaşmasından olan hakerlər “Booz Allen Hamilton” şirkətinin serverini “qırıblar” və 90 min Amerika hərbçisinin elektron ünvanını oğurlayıblar. Bundan əvvəl “Lulz Security” qruplaşmasından olan hakerlər Mərkəzi Kəşfiyyat İdarəsi və FTB bölmələrindən birinin saytlarını, həmçinin ABŞ Senatının daxili şəbəkəsini “qırıblar”.


lenta.ru



Baxış sayı: 1210

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024