12px13px15px17px
Tarix:10/12/12

Sahibkarlar üçün yaradılmış portaldan 62 min nəfər istifadə edib

 Bu ilin noyabr ayında 10 mindən çox internet istifadəçisi İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış "www.icazeler.gov.az" portalının xidmətlərindən istifadə edib. Portala müraciət edənlərin 250-yə yaxını Almaniya, Türkiyə, ABŞ, Rusiya, Böyük Britaniya, Gürcüstan, Ukrayna, Çexiya, Lüksemburq, Fransa, Avstriya, Danimarka, Belarus, Qətər, Norveç, Qazaxıstan, Cənubi Koreya, Kanada, Hollandiya, İspaniya, İsveçrə kimi ölkələrdəndir.

Ümumilikdə isə 2012-ci ilin mart ayından fəaliyyətə başlayan portaldan indiyədək 62 minə yaxın internet istifadəçisi yararlanıb. "ICTnews" elektron xəbər xidmətinə İqtisadi İnkişaf Nazirliyinin (İİN) Mətbuat xidmətindən bildirilib ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir.

Təkcə noyabr ayında 5 mərkəzi icra hakimiyyəti orqanının 34 qanunvericilik aktlarının layihələri "www.icazeler.gov.az" portalında yerləşdirilib.  

  Qeyd edək ki, internet istifadəçiləri tərəfindən maraqla izlənilən "www.icazeler.gov.az" portalı icazəverici sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər barədə sahibkarlar, bu fəaliyyətə başlamaq istəyənlər və fəaliyyətini genişləndirmək istəyən iş adamları üçün vahid informasiya mənbəyidir.

HƏQİQƏT



Baxış sayı: 869

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024