12px13px15px17px
Tarix:10/12/12

Azərbaycanda artıq 900 min “Facebook” istifadəçisi var

2012-ci il dekabrın 7-nə olan məlumata əsasən, Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 919 min təşkil edir. Müqayisə üçün bildirək ki, 2012-ci il oktyabrın 22-də bu göstərici 897 min təşkil edirdi.

"ICTnews.az" elektron xəbər xidməti "1news.az" saytına istinadən bildirir ki, son 6 ay ərzində Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 138660 və ya 15.09 faiz, 3 ay ərzində isə 46280 və ya 5.04 faiz artıb. Son ay ərzində istifadəçi artımı 20860 və ya 2.27 faiz təşkil edib.

Azərbaycan "Facebook" istifadəçilərinin sayına görə tərtib edilmiş reytinqdə artıq 83-cü yerdə qərarlaşıb. Müqayisə üçün qeyd edək ki, 2012-ci il yanvarda 91-ci, mayda 87-ci, iyunda 86-cı, iyulda 85-ci, sentyabrda 84-cü, oktyabrda isə 85-ci mövqedə qərarlaşmışdı.

Azərbaycan reytinqdə Gürcüstan (85), Qazaxıstan (97), Estoniya (104), Belarus (107), Latviya (111), Ermənistan (115), Moldova (120), Özbəkistan (136), Qırğızıstan (150), Tacikistan (167) və Türkmənistan (196) ölkələrini qabaqlayıb. "Socailbaker"in versiyasına görə, Azərbaycanda "Facebook"dan əhalinin 11.07 faizi və ölkənin ümumi internet istifadəçilərinin 21.74 faizi istifadə edir.

Azərbaycanda "Facebook" istifadəçilərinin əksəriyyəti 18-24 yaş aralığındadır. "Facebook" pərəstişkarlarının əksəriyyətini (63 faiz) əvvəlki kimi kişilər təşkil edir. "Facebook" istifadəçilərinin sayına görə ABŞ (167 milyon) əvvəlki kimi liderdir. Braziliya (63.2 milyon) ikinci, Hindistan (61 milyon) üçüncü, İndoneziya (50 milyon) isə dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, reytinqdə 213 ölkə təqdim edilib. Vatikan ən az "Facebook" istifadəçisinə (20 nəfər) malikdir.

EMİL



Baxış sayı: 941

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024