12px13px15px17px
Tarix:10/12/12

Azərbaycan istifadəçiləri Beynəlxalq Rəqəmsal Kitabxanaya dekabrın 30-na qədər abunə yazıla bilər

125 illik tarixə malik, 170 dövlətdən 400.000-dən çox üzvü olan, ABŞ-da fəaliyyət göstərən, nüfuzlu Elektrik və Elektronik Mühəndislər İnstitutu (IEEE- İnstitute of Electrical and Electronics Engineers; "http://www.ieee.org)" tərəfindən Azərbaycanın akademik, dövlət və elmi-tədqiqat institutları və universitetləri üçün "IEEE Xplore" Rəqəmsal Kitabxanasına sınaq abunə həyata keçirilir.

Noyabrın 30-dan başlayan sınaq abunə Azərbaycanın akademik, dövlət və elmi-tədqiqat institutları və universitetlərinin müəllim, tələbə və elmi işçi heyətinə 1 ay ərzində açıq olacaq və 30 dekabr 2012-ci il tarixində sona çatacaq. "ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA-nın Mərkəzi Kitabxanasından məlumat verilib. Kitabxanadan bildirilib ki, sınaq abunə dövrü ərzində istifadəçilər bütün "IEEE" jurnallarından, dövri nəşrlərindən, "IEEE" konfranslarının materialları və aktiv standartlarından məhdudiyyətsiz istifadə imkanına malik olacaqlar.

Müəyyən olunmuş tarixdə, sınaq abunədən istifadə üçün "http://ieeexplore.ieee.org" səhifəsinə daxil olmaq vacibdir. Bu səhifə istifadəçinin İP ünvanına uyğunlaşdırılacaq və beləliklə, heç bir istifadəçi adı və şifrəsi lazım olmayacaq.

HƏQİQƏT



Baxış sayı: 866

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024