12px13px15px17px
Tarix:26/07/11

“Samsung” ən böyük smartfon istehsalçısı ola bilər

“Samsung Electronics” şirkəti son rüb üzrə istehsal edilən qurğuların sayına görə ən böyük smartfon istehsalçısı ola bilər. “Strategy Analytics” şirkətinin analitiki Nil Moustona istinadən “Bloomberg” bildirib. Ekspertin ilkin hesablamalarına əsasən, 2011-ci ilin ikinci rübündə “Samsung” şirkətinin dünya bazarına smartfon tədarükü 18-21 milyon təşkil edib, halbuki “Apple” 16,7 milyon “iPhone”, “Nokia” isə 20,3 milyon smartfon tədarük edib. Son iki göstəricini analitik rəsmi hesabatlardan götürüb.
Moustonun sözlərinə görə, “Samsung” şirkəti “Android” əməliyyat sisteminə təşəkkür etməlidir. Çünki həmin əməliyyat sistemi ilə olan smartfonlar demək olar ki, bütün regionlarda yüksək tələbat görüb. Bütün tip qurğuları nəzərə alan ekspert proqnozlaşdırıb ki, 2011-ci ilin nəticəsinə görə, Koreya şirkəti bazarın 20% hissəsini tutacaq və beləliklə, “Nokia” (26%) şirkəti arasındakı rəqabət həddini bir qədər də azaldacaq.


www.cnews.ru



Baxış sayı: 1084

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024