12px13px15px17px
Tarix:10/12/12

Oyun planşeti istehsal edilib

Fransanın "Archos" yığcam elektron qurğular istehsalçısı "GamePad" adlı oyun planşeti istehsal edib. Cihaz hazırda "EMEA" bazarına tədarük edilir və şirkət qurğunu 2013-cü ilin birinci rübündə dünya bazarına tədarük etməyi planlaşdırır.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, cihazın qiyməti Avropada 150 avrodur. "GamePad" planşeti 7 düymlü ekran, 1,6 QHs takt tezliyində işləyən ikinüvəli "SoC" çiplə təchiz edilib. Ona "Android 4.1 Jelly Bean" əməliyyat sistemi quraşdırılıb. Şirkətdən verilmiş məlumata əsasən, "Android" platforması ilə işləyən qurğulardan fərqli olaraq, onların hazırlaması məhz qeymerlər üçün nəzərdə tutulub. Yeni planşet 14 düymə, 2 ədəd mini-coystik analoquna malikdir.

Planşetin qalınlığı təxminən 0,5 santimetr, çəkisi 350 qram təşkil edir və ölçülərinə görə 7 düymlü planşetlə uyğundur. Planşetin daxilində dördnüvəli "Mali 400 MP" prosessoru, 8 QB daxili yaddaş, "microSD" (64 qiqabayta qədər dəstəkləyir) kartları üçün konnektor, həmçinin genişformatlı "HD" televizorlara qoşulma üçün mini-HDMI konnektoru da mövcuddur.

Qurğunun başlanğıc təsvir ölçüsü 1024x600 piksel təşkil edir. "Archos" şirkətinin məlumatına əsasən, yeni planşet "Google Play" və digər "Android" xidmətlərə çıxış imkanını dəstəkləyir.

EMİL



Baxış sayı: 1668

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024