12px13px15px17px
Tarix:11/12/12

Yalnız “HP” noutbuk istehsalının həcmini artıra bilib

Dünyanın 5 ən iri noutbuk istehsalçısından yalnız “Hewlett-Packard” (HP) şirkəti 2012-ci ilin noyabrında noutbuk istehsalının həcmini artıra bilib. Amerika şirkəti noyabr ayında 2,8 milyon yığcam fərdi kompüter tədarük edib. Bu göstərici oktyabrla müqayisədə 200 min daha çoxdur.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, cari ilin noyabr ayının nəticəsinə görə, “Acer” şirkəti satışa 1,5 milyon noutbuk çıxarıb və bu göstərici ötən ayın nəticəsi ilə uyğundur.

“Dell” və “ASUS” şirkətləri noyabrda müvafiq olaraq 1,5 və 1,55 milyon noutbuk tədarük ediblər və bu göstərici oktyabrla müqayisədə müvafiq olaraq 100 və 200 min ədəd azdır.

EMİL



Baxış sayı: 861

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024