12px13px15px17px
Tarix:11/12/12

Onun “sındıra” bilmədiyi şifrə yoxdur

Kompüter təhlükəsizliyi sahəsi üzrə nüfuzlu mütəxəssis Ceremi Qosninin quraşdırdığı ucuz sistem "Windows" əməliyyat sistemində (ƏS) giriş üçün qoyulmuş şifrəni cəmisi bir neçə saat ərzində tapmağa "qadirdir". Sistemin 5 serverdən ibarət olan klasteri saniyədə təxminən 350 milyard şifrə yoxlayır.

O, belə sürətlə tipik şirkətdə qəbul edilmiş bütün mümkün şifrə kombinasiyalarını 6 saat ərzində yoxlaya bilər. "ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, Qosni quraşdırdığı klasterə 25 ədəd (hər server üçün 5 ədəd) "AMD Radeon" qrafik prosessoru daxil edib.

O, "Virtual OpenCL" platformasında işləyir, şifrələrin tapılması üçün pulsuz "HashCat Plus" proqramından istifadə edilir. Sistem "NTLM" kriptoqrafiya alqoritmi ilə şifrələnmiş parolların xeşini "sındırmağa" cəhd edir. Qosni klasteri Norveçin Oslo şəhərində keçirilmiş "Passwords^12" konfransında təqdim edib.

Qosni klasteri öz təhlükəsizlik sistemlərini yoxlamaq istəyən şirkətlərə kirayə verməyi planlaşdırır. Şifrəni "sındırmaq" üçün alətlər getdikcə daha da güclənir, ona görə də istifadəçilər daha etibarlı şifrə seçməlidir.

EMİL



Baxış sayı: 1049

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024