12px13px15px17px
Tarix:11/12/12

Elmar Məmmədyarov: «Azərbaycanda internet azadlığı yüksək səviyyədə təmin olunur»

Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ Dövlət katibinin Demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə XİN-in mətbuat xidmətindən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, görüşdə demokratiya, insan haqları və söz azadlığı məsələləri ətrafında fikir mübadiləsi aparılmış, bu sahələrdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib.

Nazir E.Məmmədyarov Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə qonaqları təbrik edərək demokratiya, insan haqları, eləcə də söz azadlığı sahəsində ölkəmizdə aparılmış islahatlar və əldə edilmiş uğurlardan danışıb.

Nazir eyni zamanda, Azərbaycanda internet azadlığının da yüksək səviyyədə təmin olunduğunu söyləyib. Tomas Melia ABŞ-ın Azərbaycanla adıçəkilən sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini qeyd edib.

E.Məmmədyarov həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların son vəziyyəti barədə qonaqlara qısa məlumat verib və rəsmi İrəvanın müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayındığını bildirib.

SEYMUR



Baxış sayı: 1035

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024