12px13px15px17px
Tarix:11/12/12

Azərbaycanda innovasiyalı, müasir tələblərə cavab verən yol-nəqliyyat infrastrukturunun yaradılması müzakirə edilib

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin direktoru Klaus Gerhauzerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyevin "ICTnews" elektron xəbər xidmətinə verdiyi məlumata görə, görüşdə AİB ilə Azərbaycan arasında birgə əməkdaşlıq istiqamətləri, o cümlədən elektrik enerjisi istehsalı, innovasiyalı, müasir tələblərə cavab verən yol-nəqliyyat infrastrukturunun yaradılması, su təchizatı və kanalizasiya sistemlərinin yaradılması və yenidən qurulması istiqamətində həyata keçirilən layihələr barədə müzakirələr aparılıb.

Tərəflər həmçinin bankın mütəxəssisləri tərəfindən Azərbaycan üzrə hazırlanan 2013-2018-ci illəri əhatə edəcək 5 illik yeni strategiya barədə də fikir mübadiləsi aparıblar. Klaus Gerhauzer təmsil etdiyi qurumun Azərbaycanda infrastruktur layihələrinin maliyyələşdirilməsinə bundan sonra da vəsait ayırmaqda maraqlı olduğunu bildirib.

SEYMUR



Baxış sayı: 965

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024