12px13px15px17px
Tarix:11/12/12

“Apple Maps”-ın yaradıcıları səhvi aradan qaldırıblar

“Apple Maps” xidməti Avstraliyanın Mildura şəhərinin xəritədə yerləşmə mövqeyi ilə bağlı səhvi aradan qaldırıb. Bu barədə “Apple” şirkətinə yerli polis məlumat verib.

Qeyd edək ki, Mildura şəhəri bundan əvvəl xidmətin xəritəsində real yerləşmə mövqeyindən 70 kilometr uzaqda göstərilirdi. “ICTnews.az” elektron xəbər xidməti “interfax.ru” saytına istinadən bildirir ki, Mildura şəhərinin xəritədə göstərildiyi yerdə su mənbəyi mövcud deyildi və temperatur 46 dərəcəyə qədər çatırdı. Bu isə təhlükə yaradırdı.

EMİL



Baxış sayı: 717

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024