12px13px15px17px
Tarix:11/12/12

“BlackBerry” messencerində səsli zənglər olacaq

"Research in Motion" (RIM) şirkəti messencerin "BlackBerry" smartfonları üçün yeni versiyasını təqdim edib. Bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, səsli zənglərin dəstəklənməsi messencerdə həyata keçirilmiş əsas yenilikdir. Zənglər pulsuzdur; smartfon "Wi-Fi" şəbəkəsinə qoşulduğu halda zəng etmək mümkündür.


Funksiya "BBM Voice Call" adlanır. Messencerdə 16 yeni smaylik peyda olub. Messencerin profilinin sazlamaları, həmçinin qruplar və kontaktlar hazırda istifadəçinin identifikatoru ilə əlaqəlidir. "BlackBerry Messenger 7"-ni "BlackBerry App World" tətbiq mağazasından yükləmək olar. Qeyd edək ki, "BlackBerry" messenceri ani mesajlarla mübadilə xidmətidir.

Yalnız "BlackBerry" qurğularının sahibləri bu xidmətdən istifadə edə bilərlər. Göndərilən mesajlara foto, səs qeydləri və yerləşmə mövqeyi haqqında qeyd bərkitmək mümkündür. "Gartner" analitik şirkətinin məlumatına görə, 2012-ci ilin üçüncü rübündə "BlackBerry" qurğularının bazar payı 5,3 faiz təşkil edib. Bu göstərici ötən ilin nəticəsindən 2 dəfə azdır.

EMİL



Baxış sayı: 743

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024