12px13px15px17px
Tarix:12/12/12

Müasir texnologiyaların tətbiqi ilə qurulacaq müəssisələrlə bağlı layihələrin qəbuluna başlanılır

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə iqtisadiyyatın qeyri-neft sektorunun sahələrini əhatə edən və xarici investisiyaların cəlbi üçün nəzərdə tutulmuş layihələrin sahibkarlıq subyektlərindən qəbulunu davam etdirir.

Sahibkarların investisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müəssisələrin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını əks etdirməlidir. "ICTnews" elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin (İİN) Mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, həmçinin layihələr maliyyə baxımından əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli olmalı, müəssisələrdə əsasən ixracyönümlü və idxalı əvəzləyən, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır. "AZPROMO" qəbul olunmuş investisiya təkliflərini birbaşa olaraq xarici investorlara və tərəfdaşlara təqdim edəcək. İnvestisiya layihələri dəyər və təklif olunan maliyyələşdirmə sxemi və ya pay bölgüsü, layihənin həyata keçirilmə və özünü ödəmə müddəti, onu həyata keçirən şirkət/benefisiar barədə məlumat (şirkətin adı, ünvanı, əlaqəli şəxsin adı, vəzifəsi və əlaqə vasitələri (mobil telefon və elektron poçt) və s. kimi məlumatları özündə əks etdirməlidir.

Layihələr Azərbaycan və ingilis dillərində qəbul olunur. Sahibkarlıq subyektləri investisiya təkliflərini elektron daşıyıcılarında və ya çap şəklində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 44, AZ 1000 ünvanına (əlaqələndirici şəxs: Natiq Mədətov (e-mail: nmadatov@azpromo.az; tel: (012) 598-01-47 (daxili: 105); faks: (012) 598-01-52) təqdim edə bilərlər.

HƏQİQƏT



Baxış sayı: 786

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024