12px13px15px17px
Tarix:12/12/12

Mobil tətbiqlər uşaqlar üçün təhlükə yaradır?!

Uşaqlar üçün nəzərdə tutulmuş bir neçə yüz populyar maarifləndirici və oyun tətbiqləri valideynlərə məlumatları idarəetmə siyasəti haqqında heç bir izahat vermir. Tərtibatçılar uşaqlar haqqında topladığı informasiya haqqında məlumat vermir. Bu barədə ABŞ-ın Federal Ticarət Komissiyasının (FTC) dərc etdiyi hesabatda qeyd olunub.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, hesabata əsasən, mobil tətbiqlər tez-tez tərtibatçılara, elan verənlərə və digər şirkətlərə telefon nömrəsi, istifadəçinin dəqiq yerləşmə yeri və ya modelin unikal seriya nömrəsi kimi məlumatları ötürür.

Tənzimləyicilərin sözlərinə görə, bu cür informasiyadan istifadə etməklə uşağı tapmaq və onunla əlaqə saxlamaq və ya valideynlərindən xəbərsiz onun fəaliyyətini izləmək olar.

“The New York Times” nəşrinin yazdığına əsasən, “FTC” “App Store” və “Google Play” onlayn mağazasında yerləşdirilmiş 400 ən populyar uşaq tətbiqini araşdırmış və onların yalnız 20 faizinin məlumatları idarəetmə siyasəti haqqında informasiyanı açıqladığı məlum olub. Tətbiqlərin adları açıqlanmayıb.

EMİL



Baxış sayı: 932

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024