12px13px15px17px
Tarix:13/12/12

Şəhərdaxili avtobuslarda kart sisteminə keçidin vaxtı açıqlandı

 2013-cü ildən ictimai nəqliyyatda – şəhərdaxili avtobuslarda kart sisteminə keçid daha da sürətləndiriləcək. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, avtobuslarda kart sisteminin tətbiqinin sınaq mərhələsi bu ayın sonlarında həyata keçiriləcək.

Belə ki, bir neçə avtobusa kart sistemi ilə işləyən xüsusi qurğular quraşdırılacaq və onun işləmə mexanizmi, eyni zamanda cəmiyyət tərəfindən necə qarşılanması yoxlanılacaq. Nəqliyyat Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məsələ ilə bağlı açıqlama verərək avtobuslarda kart sisteminə keçidin göstərilən tarixdən həyata keçiriləcəyi xəbərini təsdiqləyib.

Onun sözlərinə görə, əvvəlcədən qərara alınıb ki, kart ödəniş sisteminə keçid üçün bir neçə pilot marşrut seçilsin: "Kart sisteminin bir xəttin avtobusunda deyil, bir neçə xətdə işləyən nəqliyyat vasitələrində yoxlanılması nəzərdə tutulur".

Lakin nazirlik rəsmisi həmin marşrutların nömrəsini açıqlamayıb. Məlumata görə, bu marşrutlardan biri 93 nömrəli xətt olacaq. Sabunçu qəsəbəsindən Avtovağzala işləyən marşrutu bu yaxınlarda bağlamışdılar. Amma onun yenidən işə salınması qərara alınıb.

SEYMUR



Baxış sayı: 1154

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024