12px13px15px17px
Tarix:13/12/12

Ölkə üzrə quraşdırılan “smart-kart” tipli qaz sayğaclarının sayı 540 mini ötüb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən dekabrın 1-i tarixinə əhali abonentlərinin mənzillərində təxminən 540 mindən artıq "smart-kart" tipli sayğac quraşdırılıb. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə ARDNŞ-in məlumatında deyilir.

"Smart-kart" tipli sayğaclar qaz sərfiyyatını hesablamaqla yanaşı, müvəqqəti istifadə üçün 1 AZN (10 kubmetr) miqdarında kreditin verilməsi, abonentin istəyinə uyğun olaraq dərhal sayğac üzərindən hesabındakı balans haqqında məlumatın verilməsi, qaz təchizatı zamanı öncədən abonentin qaz xəttində sızmanın təyin olunması kimi funksiyaları yerinə yetirir.

Bununla yanaşı, bu tip sayğacların mənzildə istifadə olunan cihazların sərfiyyatı, sayğacın göstəricisi qəbul olunan sərfiyyat miqdarından artıq olduqda dərhal klapanın bağlanması, hər hansı bir müdaxilə, qeyri-qanuni qoşulma halları olduqda sayğacın avtomatik olaraq koda düşərək bağlanması və məlumatın müvafiq qaydada bazaya ötürülməsi funksiyaları da var.

CAHANGİR



Baxış sayı: 1775

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024