12px13px15px17px
Tarix:13/12/12

Azərbaycanda “Nokia Lumia 920” və “Lumia 820 –Windows Phone 8” ƏS ilə olan ilk smartfonların sifarişinə start verildi

"Nokia" şirkəti Azərbaycanda yeni nəsil smartfonların " Nokia Lumia 820" və "Lumia 920" modellərinin internet vasitəsi ilə sifarişinə start verdi.

Flaqman modeli "Nokia lumia 920"-nin qiyməti 699 AZN, "Lumia 820" modelinin qiyməti 555 AZN təşkil edir. Hər iki model qara, sarı, qırmızı və ağ rənglərdə təklif olunur.

Bundan əlavə 31 dekabradək sifariş etmiş alıcılara "Nokia"dan hədiyyə - simsiz enerjiyığıcı altlıq "DT-910", "Nokia Lumia 820" modeli üçün xüsusi simsiz enerji yığmaq üçün hazırlanmış arxa qapaq ( komplektə daxil deyil) və Azərbaycanın ilk mobil operatoru olan "Bakcell" şirkətindən dəyərli hədiyyələr veriləcək. Yeniliklər bununla bitmir.

İlk dəfə olaraq "Mobitel" şirkəti sifariş etmək istəyən şəxslərə həmin telefonlarla tanış olmaq, istifadə etmək və ondan sonra sifarişə qərar vermək məqsədi ilə "Nokia"nın "Evo store" mağazasında (Füzuli küç 49) 17 dekabrdan nümayişini təşkil edir.

Təmənnasız olaraq istənilən suallara cavab veriləcək, smartfonların funksiyaları və imkanları haqqında məlumat veriləcək, alıcılara smartfonlardan istifadə edib dəyərləndirmək təklif olunacaq. "Biz Azərbaycan istifadəçilərinə "Nokia Lumia 920" və "Lumia 820" – dünyada ən innovativ smarfonların təqdim olunmasına çox şadıq. Azərbaycan təkcə Cənubi Qafqaz ölkələrində deyil, həmçinin də MDB məkanında ən önəmli ölkələrdən biridir.Və hesab edirik ki, yeni smartfonların sifarişçiləri tez bir zamanda öz arzuladıqları sevimli "Nokia" smartfonundan istifadə edə biləcəklər – deyən Cənubi Qafqaz ölkələri üzrə menecer Ruslan Beisov yeni məhsulun dünyada ajiotaj doğurduğunu və bununla əlaqədar olaraq respublikamıza məhsulların ancaq gələn ay gətirilə biləcəyini bildirdi.

"Nokia Lumia 920" və " 820" bugünkü gün təklif olunan məhsullar arasında "Windows Phone 8" ƏS qabaqcıl funksiyalarını və "Nokia" şirkətinin dizayn, aparat tərkibi və xidmətlər sahəsində yaratdığı unikal texnoloji yeniliklərin vəhdətidir. 

"Nokia Lumia 920"-nin əsas xüsusiyyətlər:

• "PureMotion HD+" və "Clear Black" texnologiyalı, təmiz, aydın görünüşlü və tez işləyən, 4,5 düymlük diaqonala malik displey - gün işığında görüntünün keyfiyyətini artırır, həmçinin əlcəklə, dırnaq və ya açar vasitəsi ilə belə idarə olunan, çox həssas sensora malikdir.

Foto və videoçəkilişdə inqilab eləmiş texnologiya - "Nokia PureView": "Carl Zeiss" firmasının optikası ilə təchiz olunmuş 8,7МP kamera az işıqlı yerdə şəkil çəkmək və optik stabillik imkanlarına malikdir

• Ecazkar dizayn

• "Nokia"dan pulsuz xidmətlər: "Nokia" xəritələri və "Nokia Navigator", dünyanın 110 ölkəsində naviqasiyanı təmin edir, "Nokia Musiqi" , "MiksRadio", həmçinin də kamera üçün xüsusi əlavələr – "Smart Shoot" və "Cinemagraph";

• Simsiz enerjiyığma və ən dəbli aksesuarlar, enerjiyığıcı yastıq "Fatboy® " və portativ "JBL PowerUp" - stereodinamikli simsiz dok-stansiya

"4G" dəstəyi

"Nokia Lumia 820"-nin əsas xüsusiyyətləri:


İnnovativ dizayn: "Nokia Lumia 820" "Nokia Lumia" digər modelləri kimi monolit formfaktorda hazırlanıb, amma bu modelin korpusu çıxarıla bilər, bu da əhval-ruhiyyənizdən asılı olaraq telefonun rəngini dəyişməyə imkan verir və əlavə qapaq vasitəsi ilə smartfonu simsiz enerjiyığıcıdan istifadə etməyə imkan yaradır

Superməhsuldar və qənaətcil, ikinüvəli, 1, 5QQc tezlikli "Qualcomm Snapdragon S4" prosessoru

• "microSD" yaddaş kartlarından istifadə etmə imkanı

• Əvvəlcədən yüklənmiş pulsuz "Nokia" xidmətləri
: "Nokia" xəritələri və "Nokia Navigator", " Nokia Musiqi", "MixRadio" və kamera üçün xüsusi əlavələr "Smart Shoot" və "Cinemagraph"; "4G" dəstəyi

RƏVAN



Baxış sayı: 7139

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024