12px13px15px17px
Tarix:14/12/12

Azərbaycanda İKT xidmətlərinin həcmi 17 faiz artıb

Azərbaycanda yanvar-noyabr aylarında təşkilatlara və əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 16,8 faiz artaraq 1,3 milyard manat təşkil edib.

Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib. İnformasiya və rabitə xidmətləri həcminin 72,1 faizi əhaliyə göstərilən xidmətlərin payına düşür. Bununla yanaşı, əldə olunan gəlirin 59,7 faizi mobil rabitənin payına düşüb ki, bu da 2011-ci ilin analoji dövr göstərici ilə müqayisədə 13,5 faiz çoxdur.

Bu dövrdə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin ümumi həcmi 764,9 milyon manat təşkil edib.



Baxış sayı: 742

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024