12px13px15px17px
Tarix:14/12/12

Koreya alimləri İnformasiya Texnologiyaları İnstitutunda tədqiqat işləri aparacaq

Koreya Milli Elmi Tədqiqat Fondunun (NRF) xətti ilə koreyalı alim, texnika üzrə fəlsəfə doktoru Tae Vun Kanq AMEA İnformasiya Texnologiyaları İnstitutuna (ITI) 1 il müddətinə ezam olunub.

"ICTnews" elektron xəbər xidmətinə İTİ-dən bildirilib ki, T.V.Kanq 20 ildən artıq Elektronika və Telekommunikasiya Elmi Tədqiqat İnstitutunda (ETRI) çalışıb. Elektron dövlət, mobil rabitə, gələcək nəsil şəbəkələri, smart-təhsil, "cloud computing" və təhlükəsizlik, gələcəyin interneti alimin fəaliyyətinin əsas istiqamətlərindəndir.

O, bir çox elmi-tədqiqat layihələrinin həyata keçirilməsində yaxından iştirak edib, texniki istiqamət üzrə beynəlxalq standartlaşdırma ilə məşğuldur. Koreya Milli Elmi Tədqiqat Fondu "Fundamental texnologiya", "Nüvə enerjisi üzrə əməkdaşlıq", "İqlim dəyişikliyi problemlərinin həlli" və s. kimi bir çox mühüm proqramları həyata keçirir ki, bu proqramlardan biri də "Texno Sülh Korpusu" (Techno Peace Corps) proqramıdır.

Proqram müxtəlif ölkələrlə əməkdaşlıq əlaqələri qurmaqla elmi və texnoloji inkişafın bərqərar olmasına xidmət edir. İndiyədək TPC proqramı çərçivəsində 11 ölkənin 22 müəssisə və təşkilatlarına 100-dən artıq alim və mütəxəssis ezam olunub.

2012-ci ildə Koreya Milli Elmi Tədqiqat Fondu TPC əməkdaşlıq proqramının davamı olaraq seçilmiş 16 ölkəyə 37 məsləhətçi ezam edib ki, bu ölkələrdən biri də Azərbaycandır.
Qeyd edək ki, Koreya Respublikasının müvafiq elmi qurumları ilə əldə olunmuş razılığa əsasən, bu ölkənin informasiya texnologiyaları üzrə alimlərinin İTİ-də tədqiqat işləri aparması nəzərdə tutulub. 2010-2011-ci illərdə instituta iki il müddətinə ezam olunmuş 2 koreyalı alimin - Koreya Milli Elmi Tədqiqat Fondunun nümayəndəsi, e-cəmiyyət, e-təhsil məsələləri üzrə mütəxəssislər - professor Cey Sanq Con və Çan Ho Banqın tədqiqat fəaliyyəti bu il başa çatıb.

HƏQİQƏT



Baxış sayı: 753

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024