12px13px15px17px
Tarix:14/12/12

Kompüter və digər elektron avadanlıqları istehsalı 7.1 dəfə artıb

İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan Ümumi Daxili Məhsul istehsalı 2012-ci ilin on bir ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.2 faiz artaraq 48.2 milyard manata çatıb.

"ICTnews.az" elektron xəbər xidməti bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2012-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı statistik məlumatında bildirilib. Komitə qeyd edir ki, əlavə dəyərin 1.8 faizi rabitədə istehsal olunub.

Ölkədə emal bölməsinin məhsullarından kompüter və digər elektron avadanlıqları istehsalı 7.1 dəfə artıb. Komitənin müşahidələrinə görə, respublikada iqtisadi və həm də sosial həyatda sürətlə inkişaf edən sahələrdən biri də informasiya və rabitə sektoru olub.

Sahənin əməkçiləri ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 1.3 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 16.8 faiz çox informasiya və rabitə xidməti göstəriblər. Xidmətlərin 72.1 faizi və ya 923.2 milyon manatı əhaliyə göstərilib və 20.4 faiz artıb.

SEYMUR



Baxış sayı: 2246

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024