12px13px15px17px
Tarix:26/07/11

“Anonymous” qrupunun hakerləri iş tempini sürətləndiriblər

Xeyli saytda “qırma” seriyaları sayəsində şöhrətlənmiş “Anonymous” haker qrupu öz iş tempini əhəmiyyətli dərəcədə sürətləndirib. “TG Daily” informasiya portalının müəllifləri hesablayıblar ki, son bir neçə gün ərzində “Anonymous” qrupunun hakerləri ən azı 3 böyük cinayət edib. Belə ki, onlar Avstriyanın 96 min sakini haqqında məlumata giriş əldə edib, ən böyük pərakəndə şəbəkəsi olan “Walmart” şəbəkəsindən 50 MB şəxsi məlumat yükləyiblər və İtaliya kiberpolisi – “CNAIPIC” saytını “qırıblar”.
“Anonymous” qrupunun hakerləri “CNAIPIC”-dən 8 Qb məlumat oğurlayıblar. Bu məlumatlar ehtimal ki, dövlət idarələri və müxtəlif ölkələrin böyük şirkətləri haqqında informasiyalardan ibarətdir. Siyahıya Misir (Nəqliyyat Nazirliyi), Avstraliya (Müdafiə Nazirliyi), Rusiya (Атомстройэспорт, Сибнефть, Газпром) və Amerika Birləşmiş Ştatları (Kənd Təsərrüfatı Departamenti, Exxon Mobil şirkəti) daxildir. "Əgər “CNAIPIC”-in “qırılma” faktı təsdiqlənsə, onda bu, “Anonymous” qrupunun bütün yer kürəsi üzrə kəşfiyyat agentlikləri ilə əməkdaşlıq etdiyi deməkdir", - “Sophos” şirkətinin təhlükəsizlik məsələləri üzrə eksperti Qrem Kluli bu qənaətdədir.
Hakerlər bütün bunları FTB əməkdaşlarının “Anonymous” qrupuna iştirakda şübhəli bilinən bir neçə şəxsi ABŞ, Böyük Britaniya və Hollandiyada saxlamasından bir neçə gün sonra edib. Onlar öz bəyanatlarında bildiriblər ki, siz kibercinayət ideyasını oğurlaya bilməzsiniz.


infox.ru



Baxış sayı: 1211

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024