12px13px15px17px
Tarix:18/12/12

Kibernetika İnstitutunda həyata keçirilən elmi tədqiqat işlərinin 22-si sənaye və digər sahələrdə tətbiq edilib

2012-ci ildə Kibernetika İnstitutunda (Kİ) həyata keçirilən elmi tədqiqat işlərinin 22-si sənaye və digər sahələrdə müvəffəqiyyətlə tətbiq edilib.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə institutdan məlumat verilib. Kİ-dən bildirilib ki, tətbiqlər ADNŞ-in müxtəlif obyektlərində, ADNŞ-in "Şirvan OYL" əməliyyat şirkətinin 1 və 3 saylı mədənlərində, Qarasu əməliyyat şirkətində, "Naftalan Neft"də həyata keçirilib. Bundan başqa, elmi tədqiqat işlərinin uğurla tətbiq olundugu digər sahələrə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Yardım Stansiyası, Bakı şəhəri 1 saylı Klinik xəstəxananın toksikologiya şöbəsi, Səhiyyə Nazirliyinin Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutu, Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi daxildir.

Həmçinin tətbiqlərdən Milli Aerokosmik Agentliyin Ekologiya İnstitutunun torpaq fondunun dəyişməsi proseslərinin proqnozlaşdırılmasında, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında tədris prosesində və elmi tədqiqat işlərində, Lənkəran Regional Elmi Mərkəzində və s. istifadə olunur.

HƏQİQƏT



Baxış sayı: 1361

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024