12px13px15px17px
Tarix:18/12/12

Azərbaycan MDB-də bütün rayon mərkəzləri TAE xəttinə qoşulan ilk respublika oldu

"Trans Asia-Europa" (TAE) fiber-optik kabel magistralının Azərbaycan seqmentinin genişləndirilməsi istiqamətində son mərhələ olaraq Gəncə-Daşkəsən xəttinin tikintisi başa çatıb. "Aztelekom" İB-dən bildirilib ki, artıq Gəncədən Daşkəsən istiqamətində xəttin tikintisi yüksək səviyyədə yerinə yetirilib.

Bu layihənin həyata keçirilməsi ilə Gəncədən Daşkəsənədək bütün kəndlərin birbaşa bu xəttə qoşulması təmin olunub ki, bu da kənd sakinləri üçün daha sürətli və daha keyfiyyətli rabitə xidməti deməkdir.

Daşkəsən rabitəsinin də TAE xəttinə qoşulmaqla Azərbaycan MDB ölkələri arasında bütün rayon mərkəzləri TAE xəttinə qoşulan ilk respublika olur. Xatırladaq ki, bu nəhəng layihənin reallaşdırılması üçün 1999-cu il oktyabrın 21-də Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli protokol imzalayıb.

Elə həmin il dekabr ayının birində TAE fiber-optik kabelin Azərbaycan seqmentinin tikintisinə başlanılıb. 2001-ci ildə TAE-nin Azərbaycan seqmentinin quru hissəsinin tikintisi başa çatdırılıb və elə həmin il də Bakı ilə Tbilisi arasında rabitə kanalları TAE fiber-optik kabel magistralı üzərinə keçirilib.

RƏVAN



Baxış sayı: 954

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024