12px13px15px17px
Tarix:19/12/12

Rəqəmsal yayıma qoşulan bütün abunəçilər hər ilin sonunda keçiriləcək lotereyada iştirak edəcəklər

Daim öz abunəçilərinə müxtəlif həvəsləndirici kampaniyalar təklif edən, "Ailə TV" kabel televiziyası operatoru, "Ailə-yə qoşul, LCD televizor qazan" lotereyasını keçirir. Dekabrın 20-də keçiriləcək lotereyanın növbəti tirajı zamanı 10 "LCD" televizor oynanılacaq. Abunəçilərin qazandığı mükafatlar onlara çəkilişdən dərhal sonra təqdim olunacaq. Lotereya verilişinin özü isə dekabrın 21-də "Ailə TV Kinozal" telekanalında yayımlanacaq.

 "ICTnews" elektron xəbər xidmətinə bu barədə "Ailə TV"-nin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aksiyanın keçirilmə qaydalarına əsasən, lotereyada rəqəmsal yayıma qoşulan bütün abunəçilər və yeni rəqəmsal dəsti əldə etmiş müştərilər, eyni zamanda, HD yayım və rəqəmsal yayıma CAM Modul üzərindən qoşulan abunəçilər iştirak edəcəklər.

"Ailə-yə qoşul, LCD televizor qazan" lotereyası hər ilin sonunda, Yeni il bayramı ərəfəsində keçiriləcək və hər il bir tiraj oynanılacaq. Hər tirajın mükafat fondu 10 "LCD" televizor təşkil edəcək. Lotereyada hədiyyə qazanmayan abunəçilər yeni tirajlarda iştirak etmək imkanı qazanacaqlar və bununla da abunəçi qalib gələnədək lotereyada iştirak edəcək.

Lotereyanın keçirilmə qaydalarına uyğun olaraq, rəqəmsal yayımı izləyən abunəçilər rəqəmsal dəstində olan "SMART" kartın unikal nömrəsinin son 5 rəqəmi lotereya biletində seriya nömrəsinə bərabər məlumat daşıyıcısı hesab olunur.

HƏQİQƏT



Baxış sayı: 946

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024