12px13px15px17px
Tarix:19/12/12

“Volvo” “bulud” avtomobili yaradır

2013-cü ilin əvvəlində "Volvo" ilə "Ericsson" birgə "bulud" xidmətləri ilə təchiz edilmiş birinci avtomobil təqdim etməyi planlaşdırırlar. "ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, ən böyük telekommunikasiya avadanlığı istehsalçısı "Ericsson" və İsveçin "Volvo Car" avtomobil şirkəti yeni nəsil avtomobil yaratmaq niyyəti haqqında bəyan ediblər.

Belə avtomobillərin əsas özəlliyi odur ki, onlar "bulud" xidmətləri ilə təchiz ediləcək. "Bulud" xidmətlərinə giriş avtomobilin salonunda quraşdırılmış sensor ekran vasitəsilə həyata keçiriləcək. O, həm sürücülərə, həm də sərnişinlərə əlçatan olacaq.

Texniki xüsusiyyətləri haqqında məlumat verilməyib. Layihəyə kontent provayderlərini, internet radiostansiyalarını, yol xidmətlərini, şəhər icra hakimiyyəti orqanlarını cəlb etmək planlaşdırılır. "Biz avtomobillərin yaxın gələcəkdə müxtəlif internet xidmətlərlə təchiz edilmiş daha bir istifadəçi qurğusuna çevriləcəyindən əminik.

Bu istiqamətin inkişaf etdirilməsi "Volvo"nun gələcək maşınqayırma sahəsinə yatırdığı strateji cəhətdən mühüm investisiyadır və biz lider mövqedə qərarlaşmaq niyyətindəyik" – "Volvo Car" şirkətinin vitse-prezidenti Leks Kerssemakers bildirib. Tərəfdaşlar internetə qoşulmuş avtomobil layihəsini 2013-cü ilin yanvarında Las-Veqasda keçiriləcək "CES" sərgisində təqdim etmək niyyətindədir.

EMİL



Baxış sayı: 769

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024