12px13px15px17px
Tarix:20/12/12

NDU-da“Elektron imtahana hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində (NDU) "Elektron imtahana hazırlıq və qarşıda duran vəzifələr" mövzusunda tədbir keçirilib. Tədbirdə bu ali təhsil ocağının rektoru, akademik İsa Həbibbəyli demişdir ki, universitet ən müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə təchiz olunub, virtual əlaqələr genişlənib.

Bildirib ki, universitetin həyata keçirdiyi "Elektron Naxçıvan" proqramı, NDU-nun media mərkəzi və informasiya texnologiyaları şöbəsinin fəaliyyətləri, müasir standartlara cavab verən rəsmi internet səhifəsinin yaradılması, "Elektron təhsil" layihəsinin tətbiqinə başlanılması bu sahədə qazanılan uğurlardandır.

Universitetin tədris işləri üzrə prorektoru, dosent Seyid Surə kafedralar üzrə elektron testlərin hazırlanmasının vəziyyəti, bu üsulla imtahan keçiriləcək fənlər, elektron testlərin tərtibi və toplanması ilə bağlı məlumat verib. Qeyd olunub ki, elektron test üsulunun ilk olaraq birinci kursların semestr imtahanlarında, gələcəkdə isə bütünlükdə tətbiqi nəzərdə tutulur.

Tədbirdə elektron imtahanların keçirilməsi sahəsində aparılan işlər və sınaq-test imtahanlarının keçirilməsi qaydaları, elektron imtahanların suallarının universitet saytında yerləşdirilməsi və ondan istifadə üsulları barədə məlumat verilib.



Baxış sayı: 694

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024