12px13px15px17px
Tarix:21/12/12

İQ testlər faydasızdır

London Elm Muzeyinin direktoru Rocer Hayfild dərc etdiyi məqalədə iddia edir ki, mövcud intellekt əmsalı (IQ) testləri əslində insanın intellekt səviyyəsini qiymətləndirə bilmir. Material Kanadanın Qərbi Ontario Universitetində çalışan alimlər Edrian Ouen və Adam Hempşirin elmi işlərinə əsaslanır.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, tədqiqat müəllifləri sübut ediblər ki, intellekti vahid göstərici üzrə qiymətləndirmək olmaz, çünki o, bir neçə amil sayəsində formalaşır. "İntellekt bütövlükdə anatomik cəhətdən müxtəlif koqnitiv sistemlərin xüsusiyyətlərinin təzahürüdür" – məqalədə belə qeyd edilib.

Tədqiqat müəlliflərinin 2010-cu ildə istifadəyə verdiyi saytda istəyən şəxs 12 test üzrə özünü yoxlaya bilərdi. Testlər planlaşdırmaq qabiliyyəti, məntiqi nəticə çıxarmaq, diqqət, qısamüddətli yaddaş və sair daxil olmaqla müxtəlif tipli koqnitiv bacarıqları yoxlayıb.

Sınaqdan 100 mindən çox şəxs keçib. Tədqiqat müəllifləri əldə edilmiş məlumat əsasında yuxarıda qeyd edilmiş nəticəyə gəlib.

Emil Hüseynov



Baxış sayı: 738

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024