12px13px15px17px
Tarix:24/12/12

“Linux” əməliyyat sistemi tədarükçüsü varlanıb

"Red Hat" şirkəti 2013 maliyyə ilinin üçüncü rübü üzrə hesabatını dərc edib. "ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, "Linux" əməliyyat sistemi tədarükçüsü 3 ay ərzində 343,6 milyon dollar həcmində mədaxil əldə edib.

Bu göstərici ötən maliyyə ilinin üçüncü rübü ilə müqayisədə 18 faiz çoxdur. Proqram təminatına abunələrdən əldə edilmiş mədaxil 19 faiz artıb. Şirkətin xalis mənfəəti 34,8 milyon dollar və ya 1 səhm üçün 18 sent təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 1 il əvvəl "Red Hat" şirkəti 38,2 milyon dollar və ya 1 səhm üçün 19 sent qazanmışdı. "Red Hat" maliyyə nəticələrini dərc etməkdən başqa, həmçinin "bulud" platformalarının avtomatlaşdırılması və idarə edilməsi həlləri üzrə ixtisaslaşmış "ManageIQ" firmasını satın almaq üçün saziş bağlaması haqqında elan edib. Sazişin dəyəri 104,0 milyon dollar təşkil edir.

Emil Hüseynov



Baxış sayı: 849

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024