12px13px15px17px
Tarix:24/12/12

Sadə vətəndaşın kompüteri hakerə niyə lazımdır?

Sıravi kompüter istifadəçiləri çox vaxt internetdə təhlükəsiz davranış qaydalarını yorucu hesab edərək onlara məhəl qoymur. Bir çoxları isə belə hesab edir ki, onlayn-bankçılıq sistemindən istifadə etmədikdə və internetdə satınalmalar həyata keçirmədikdə onlar şəbəkə cinayəti üçün heç bir maraq kəsb etmir. Lakin bu, əsla belə deyil. Brayan Krebs öz bloqunda dərc etdiyi materialda hakerin sadə vətəndaşların fərdi kompüterilə maraqlanmağa təhrik edən səbəbləri qısa şəkildə aşağıdakı kimi ifadə edib.

Hazır veb-hostinq. Haker sadə vətəndaşın kompüterini ələ keçirməklə onu qanunsuz spam-reklamın, fişinq səhifələrin, zərərli proqramların, proqram təminatı və filmlərin pirat surətlərinin, uşaq pornoqrafiyasının saxlanılması üçün istifadə edə bilər.

Botların yerləşdirilməsi. Virusa yoluxdurulmuş kompüter zombi şəbəkənin hissəsinə çevrilə bilər və sahibindən xəbərsiz spam göndərə, "DDOS" hücumlarda iştirak edə, kontekst reklamının (click fraud) reytinqini manipulyasiya edə, proksi-server qismində işləyə bilər.

Poçt ünvanlarının toplanılması. Bir qayda olaraq haker ələ keçirdiyi sistemdə tapdığı bütün elektron poçt ünvanlarını ya satır, ya da özü spam göndərmək və fişinq üçün istifadə edir.

Fərdi məlumatların ələ keçirilməsi. İstifadəçinin kompüterində saxladığı müxtəlif xidmətlərə giriş üçün ləqəb və şifrə haker üçün böyük əhəmiyyət daşıyır. Haker onlar vasitəsilə onlayn hərraclarda "qurban"ın adından fırıldaqçılıqla məşğul ola, sosial şəbəkə istifadəçilərinə hücum edə, FTP serverlərdə qanunsuz məzmun yerləşdirə bilər.

Maliyyə informasiyasının ələ keçirilməsi. Onlayn hesab sahiblərinə və internet mağaza müştərilərinə aiddir. Məncə, şərhə ehtiyac yoxdur.

Emil Hüseynov



Baxış sayı: 830

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024