12px13px15px17px
Tarix:24/12/12

O, “iPhone” smartfonunun qatilinə çevriləcək

"Wall Street Journal" qəzetinin məlumatına görə, "Google" şirkətinin "Motorola Mobility" bölməsi "iPhone" smartfonunun "X Phone" kod adlı rəqibini hazırlayır. "Motorola"nın hazırladığı smartfon 2013-cü ildə istehsal ediləcək və digər qurğulardan ciddi surətdə fərqlənəcək" - qəzet yazıb.

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, "X Phone" cihazının texniki xüsusiyyətləri haqqında məlumat verilməyib. Smartfonun güclü fotoqrafiya imkanları ilə təchiz edilməsi planlaşdırılır. Qəzetə məlumat verən mənbə qeyd edib ki, "Motorola" şirkəti smartfonda Ukraynanın "Viewdle" startapının bəzi hazırlamalarından istifadə etməyi planlaşdırır.

"Google"-un satışlar üzrə sabiq vitse-prezidenti, hazırda "Motorola Mobility" bölməsinin direktoru Dennis Vudsayd bu barədə hər hansı informasiya verməkdən imtina edib.

Emil Hüseynov



Baxış sayı: 749

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024