12px13px15px17px
Tarix:25/12/12

İsveç Krallığı Azərbaycanı Qafqazda İKT sahəsində strateji tərəfdaşı kimi görür

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mikael Erikssonla görüşüb.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda aparılan islahatlar, həyata keçirilən milli və regional layihələr, eləcə də İKT-nin ölkəmizdə növbəti dəfə prioritet sahə elan edilməsinin təqdirəlayiq olduğunu vurğulayan səfir Mikael Eriksson qeyd edib ki, İsveç də İKT sahəsində aparıcı ölkələrdən biri olmaqla, Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycanı Qafqazda sözügedən sahədə strateji tərəfdaşı kimi görür.

Krallığın aparıcı şirkətlərinin ölkəmizdə İKT sahəsinə investisiya yatırımında maraqlı tərəf kimi çıxış etdiyini də diqqətə çatdıran Mikael Erikssonun sözlərinə görə, Azərbaycanda fəaliyyətə başlayacaq İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, həmçinin yaradılması nəzərdə tutulan texnopark, İT universiteti kimi təşəbbüslər bu layihələrin gerçəkləşməsinə təkan verəcək.

Növbəti ildə "Azərbaycan-İsveç biznes forumu"nun keçirilməsi təşəbbüsünü də irəli sürən səfir Mikael Eriksson gələn il İsveçin milli pavilyonla "BakuTel-2013" İnformasiya və Telekommunikasiya Texnologiyaları sərgisində iştirakının və bu sərgidə istehsal və xidmətlərinin təqdim edilməsinin, həmçinin birinci "Azərbaycan-İsveç İKT forumu"nun keçirilməsinin əhəmiyyətinə də toxunub.

Azərbaycan-İsveç münasibətlərinin ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq kontekstində öz inkişafını davam etdirəcəyinə əminliyini bildirən nazir Əli Abbasov bu münasibətlərin İKT sahəsində daha da genişlənəcəyini, həmçinin respublikamızın isveçli sərmayədarlara da açıq olduğunu vurğulayıb.



Baxış sayı: 1011

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024