12px13px15px17px
Tarix:27/07/11

İndiyə qədər mövcud olmayan əsrarəngiz telefon hazırlanır (VİDEO)

Sənaye dizaynerlərinin sevimli mövzularından biri tamamilə şəffaf qurğu layihələridir. Alimlər bu sahədə kifayət qədər irəli gediblər və bəzi şirkətlər artıq şəffaf ekranların istehsalına yaxınlaşıblar. Artıq “Sony Ericsson” şirkəti şəffaf ekranlı “Pureness” telefonı istehsal edib. İndiyə qədər tamamilə şəffaf qurğu yaratmaq isə mümkün deyildi.
Stenfordsk Universiteti alimləri ən mürəkkəb məsələni həll etməyi bacarıblar. Belə ki, onlar şəffaf və elastik akkumulyator hazırlayıblar. Bunun üçün mütəxəssislər mikroskopik qalınlığına görə insan gözü ilə seçilməyən ən incə tor şəklində elektrod yaradıblar. Belə torun hazırlanması üçün silikon gel ilə doldurulmuş silisium formalardan istifadə edilib. Donmuş gel qızıl nazik plyonka ilə örtülüb, nəticədə mikroskopik kanallar yaranıb. Onları litium, manqan və kobalt hissəciklərindən xüsusi məhlulla, sonra isə elektroillə doldurublar.Alimlərin sözlərinə görə, yekun məhsul şüşə kimi tamamilə şəffaf ola bilər.


www.onliner.by






Baxış sayı: 1158

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024