12px13px15px17px
Tarix:27/07/11

Yaponiyada kompyuter viruslarının yayılması istiqamətində həbslərə başlanılıb

Yaponiyada tarixdə ilk dəfə olaraq kompyuter virusu saxladığına görə bir nəfər həbs edilib. Oqakidən 38 yaşlı Yasuxiro Kavaquçi “Share” fayl mübadiləsi proqramı vasitəsilə istifadəçilərin kompyuterinə ziyan vurmaq məqsədi ilə öz kompyuterində virus saxlanılmasında şübhəli bilinir. Bu barədə “Security Lab” bildirib. İstintaq məlumatlarına əsasən, virus Kavaquçinin kompyuterində müəllif hüququ haqqında qanun pozulması ilə əlaqədar evində aparılan axtarış vaxtı aşkar edilib. O, “manqu” yapon komikslərini açıq girişə çıxarıb.
İcra olunan faylın adı uşaq pornoqrafiyasını xatırladıb. Əslində isə, sayrışan şəkil formasında olan faylda virus olub. Bu fayl sayəsində bir çox ixtiyari komandalar icra olunub ki, bu da kompyuterin iş effektivliyini minimuma endirib. Virusun silinməsi yalnız əməliyyat sisteminin təmiz quraşdırılması nəticəsində mümkün olub. Saxlanılan şəxsin kompyuterində, həmçinin 2 min “İP” ünvandan ibarət siyahı aşkar edilib. Bunu nəzərə alaraq təxmin etmək olar ki, elə bu sayda da fərdi kompyuterlər virusa yoluxub.
Şübhəli şəxs hələ 2007-ci ildən müstəqil olaraq virus yazmağa başladığını təsdiq edib və şəbəkə fayl mübadiləsinə virusları 2010-cu ilin yazından buraxmağa başlayıb. Polis onun virusun müəllifi olmasından şübhələnib, ancaq əvvəllər bunu sübut etmək mümkün olmayıb. Buna görə yeni qəbul olunan qanun lap yerinə düşüb. Məsələ ondadır ki, 2011-ci il iyun ayının 17-də Yaponiyada qəbul edilən qanuna əsasən, kompyuter virusunun yaradılması, saxlanılması və yayılması ciddi surətdə qadağandır. Virusların yaradılması və yayılması üçün 500 min yena dəyərində cərimə və ya 3 ilə qədər azadlıqdan məhrum edilmə nəzərdə tutulub. Kompyuterində virusları saxlayan şəxsləri isə, 2 ilə qədər həbsxana müddəti və ya 300 min yena dəyərində cərimə gözləyir.


hitech.newsru.com



Baxış sayı: 1216

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024