12px13px15px17px
Tarix:26/12/12

Proqram təminatından qeyri-qanuni istifadənin kommersiya dəyəri 67 milyon ABŞ dollarıdır

"IDC analitik şirkətinin araşdırmalarına görə, hazırda Azərbaycanda 87 faiz proqram təminatının lisenziyası yoxdur. Proqram təminatının qeyri-qanuni istifadəsinin kommersiya dəyəri 67 milyon ABŞ dolları təşkil edir və bu, Azərbaycan iqtisadiyyatına, yerli İT işgüzar aləminə zərər gətirərək, yeni iş yerlərinin açılmasına əngəl törədir, hökuməti isə vergi gəlirlərindən məhrum edir".

Bu barədə "Microsoft Azerbaijan" şirkətinin 2012-ci ilin yekunları üzrə keçirdiyi tədbirdə şirkətin baş meneceri Rüfət Hacıəlibəyov məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda Proqram təminatı istehsalçılarının assosiasiyası (BSA) - fəaliyyəti təhlükəsiz və leqal rəqəmsal dünyanın inkişafına yönələn qeyri-kommersiya təşkilatı öz işinə başlayır: "Bu, mühüm haldır. "BSA" dünya proqram təminatı şirkətlərinin və tərəfdaşları – aparat vasitələrinin istehsalçılarının, dünya bazarı və hökumətləri qarşısında maraqlarını ifadə edən "səsidir".

"BSA" üzvləri dünya iqtisadiyyatının ən sürətlə artan sektorunun nümayəndələridir. Müəllif hüquqlarının qorunması, informasiya məkanının, elektron ticarətin təhlükəsizliyinə yönələn "BSA" proqramları, maarifçilik və siyasi təşəbbüslər sayəsində, yüksək texnologiya sahəsində innovasiyaların inkişafına kömək edir".

HƏQİQƏT



Baxış sayı: 707

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024