12px13px15px17px
Tarix:26/12/12

Azərbaycanda 6500 müəllim rəsmi elektron ünvanla təmin edilib

"Microsoft Azerbaijan" şirkəti təhsildə "bulud" həllərin tətbiqinə önəm verir. 2012-ci ilin iyununda "Office 365" məhsulu Azərbaycan istifadəçilərinin ixtiyarına verildi. Xatırlatmaq istərdim ki, "Office 365" bütün təhsil müəssisələrinə pulsuz şəkildə təqdim edilir.

Biz artıq Azərbaycan təhsilində müsbət təcrübə əldə etmişik. Azərbaycanın özəl və dövlət məktəbləri, universitetlər, təhsil mərkəzləri "Office 365" proqramından korporativ ünsiyyət mühiti kimi (elektron poçt, onlayn konfranslar, fayl mübadiləsi) istifadə edirlər. Bu barədə "Microsoft Azerbaijan" şirkətinin 2012-ci ilin yekunları ilə bağlı keçirdiyi tədbirdə şirkətin baş meneceri Rüfət Hacıəlibəyov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan müəllimləri Təhsil Nazirliyi, "Mədəd" təşkilatı və "Microsoft" şirkətinin müştərək "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət proqramı" layihəsi çərçivəsində rəsmi elektron ünvanları (@teacher. edu. az) ilə təmin ediliblər. Hal-hazırda 6500 nəfər rəsmi elektron ünvanından istifadə edir.

Təhsildə İKT üzrə Dövlət Proqramına dəstəkdən danışan baş menecer qeyd edib ki, "Microsoft Azerbaijan" orta və ali təhsil üçün maarifləndirici məzmun və məhsullar təklif edir. Müəllimlər müsabiqələri (e-təhsil, innovativ müəllimlər müsabiqəsi, ilin müəllimi/məktəbi) və digər tədbirlərin vasitəsilə orta təhsil sisteminə dəstək verir: "İnnovativ Müəllim müsabiqəsini, o cümlədən Praqada, "Microsoft Global PIL" (Partners in Learning) forumu çərçivəsində keçirilmiş müsabiqə və Azərbaycan müəllimlərinin üçüncü yer tutduqlarını, Lissabonda baş tutmuş "Microsoft Europe PIL" (Partners in Learning) müsabiqəsini xüsusilə qeyd etmək olar. "Microsoft" yerli İT bazarının inkişafı və artan insan potensialını da dəstəkləyir.

Bazarın son inkişaf meyillərini nəzərə alaraq, tərəfdaşları ilə birlikdə, "Microsoft" İT "start-up"-ların yaradılması və İT təhsilinin artırılması təşəbbüslərini həyata keçirir. Beləliklə, "İnfipro" layihəsi çərçivəsində, "Microsoft" İT "start-up"-larına, "Microsoft BizSpark"-ın imkanlarından istifadə etmək imkanı verir. Bu istiqamətdə, "Microsoft Virtual Akademiya" (MVA) və "Microsoft İT Akademiyası"nın yaradılması üçün, şirkət ölkənin aparıcı universitetləri ilə - Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Qafqaz və s. əməkdaşlıq edir". Sosial layihələrə gəlincə, "Microsoft" bu layihələrdə də aktiv rol oynayır.

Təhsil Nazirliyinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün "Məsafədən Məktəb" layihəsi çərçivəsində "Microsoft" müəllimlərə "Office 365" və onun "Lync" komponenti vasitəsilə uşaqlara virtual şəkildə dərs deməyə imkan yaradır: "Layihəyə 100 nəfər şagird qoşulub, onların arasında Gürcüstanda yaşayan iki azərbaycanlı şagird də var.

Bu proqram çərçivəsində "Mümkünlük: müəllimlər üçün tədris vəsaiti" – xüsusi ehtiyacları olan uşaqlara dərs deyən müəllimlər üçün tədris kitabı Azərbaycan dilinə tərcümə olunub. Kitab gələn ilin əvvəli üçün hazır olacaq. Bundan başqa, şirkət bu il keçirilən uşaq şahmat turnirinə də dəstək verib.

Turnirdə Azərbaycanın 60 ən yaxşı, gənc qrossmeysteri iştirak edib. Fəxri kürsüdəki yerlərlə yanaşı, qaliblər həm də "MobiTel"dən "Windows Phone" platformalı "Nokia Lumia" telefonlarına da sahib oldular".

HƏQİQƏT



Baxış sayı: 786

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024