12px13px15px17px
Tarix:26/12/12

İnternet istifadəçilərinin sayı durmadan artır

"BackgroundCheck.org" resursu "Mobil və internet texnologiyalar bazarında trendlər" adlı maraqlı infoqrafika hazırlayıb. Təqdim edilmiş məlumatlara əsasən, internet istifadəçilərinin sayı artmağa davam edir.

Yalnız 2011-ci ildə onların sayı Hindistan və Filippin kimi inkişaf etməkdə olan ölkələr hesabına 8 faiz artıb. "ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2011-ci ildə dünyada 2,3 milyard internet istifadəçisi qeydə alınıb. Onların əksəriyyəti, daha doğrusu, 513 milyonu Çin, 245 milyonu ABŞ və 121 milyonu Hindistan vətəndaşı olub.

Sonrakı yerlərdə İndoneziya (55 milyon), Nigeriya (45 milyon), Meksika (42 milyon), İran (37 milyon), Türkiyə (36 milyon) və Filippin (34 milyon) qərarlaşıb. Mobil "3G" internetə gəlincə, burada istifadəçilərin sayına görə ABŞ (1,1 milyon), Yaponiya, Çin, Cənubi Koreya və İtaliya liderdir.

İnfoqrafikada, həmçinin 2011-ci ildə dünyada 6,1 milyard mobil abunəçinin qeydə alındığı nəzərə çatdırılıb: onların 953 milyonu "ağıllı" telefon istifadəçiləridir. "Ağıllı" telefon seqmentində ən populyar platforma "Android" sayılıb.

Emil Hüseynov



Baxış sayı: 829

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024