12px13px15px17px
Tarix:27/12/12

İndiyədək 8500 əsər elektron qeydiyyatdan keçirilib

2012-ci ilin əvvəlindən Müəllif Hüquqları Agentliyində əsərlərin elektron qeydiyyat sisteminin tətbiqinə başlanılıb. Hesabat dövründə 680-dən çox əsər, indiyədək isə agentlikdə 8500 əsər qeydiyyatdan keçirilib. Yaradıcı şəxslərin əsərlərindən istifadəyə görə ədalətli haqq almaq hüquqlarının təmin edilməsi müəllif-hüquq sahəsində dövlət nəzarətinin əsas prioritetlərindən biri olaraq qalır.

2012-ci ildə istifadəçi təşkilatlar tərəfindən hesablanmış 73 min manata yaxın müəllif qonorarı müvafiq qaydada elektron kartlar vasitəsi ilə müəlliflərə (hüquq sahiblərinə) ödənilib, həmçinin Azərbaycan müəlliflərinin əsərlərindən xaricdə istifadəyə görə hesablanmış 14 min manata yaxın qonorar təyinatı üzrə çatdırılıb.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Müəllif Hüquqları Agentliyindən məlumat verilib. Agentlikdən bildirilib ki, piratçılıqla mübarizənin daha da gücləndirilməsi məqsədi ilə 2012-ci ilin iyun ayında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin nüsxələrini nəzarət markaları yapışdırmadan yaymağa görə cərimə sanksiyalarının tətbiq edilməsi ilə bağlı dəyişiklik edilib.

Qanunun tələblərinin pozulmasına görə Cinayət Məcəlləsinə də müvafiq dəyişikliklər edilməsi nəzərdə tutulur.

"Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin hüquqi qorunması, qeydiyyatı və dövlət reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi barədə də Nazirlər Kabineti tərəfindən qərar qəbul ediləcəyi gözlənilir. Əqli Mülkiyyət sahəsinin inkişafı üzrə Uzunmüddətli Milli Strategiya layihəsi üzərində isə iş davam etdirilir.

HƏQİQƏT



Baxış sayı: 690

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024