12px13px15px17px
Tarix:28/12/12

“Windows Phone” üçün proqramların sayı 1 il ərzində 75000-ə çatıb

“Microsoft” korporasiyasından verilmiş məlumata əsasən, “Windows Phone” əməliyyat sistemi (ƏS) üçün yaradılan proqram təminatının sayı artmağa davam edir. Korporasiyanın bloqunda dərc edilmiş mesaja əsasən, ötən il ərzində “Windows Phone” platforması üçün onlayn-kataloqda təxminən 75 000 yeni proqram yerləşdirilib.

Şirkətin məlumatına əsasən, “Windows Phone” platformasının orta statistik istifadəçisi təxminən 54 tətbiq yükləyir. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Windows Phone 8” ƏS-i hazırda dünyanın 191 bazarında əlçatandır.

Qeyd edək ki, hazırda “Microsoft”un kataloqunda təxminən 150 min tətbiq mövcuddur.

Müqayisə üçün qeyd edək ki, “Apple App Store”-da 700 min-dən çox tətbiq var.

Emil Hüseynov



Baxış sayı: 724

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024