12px13px15px17px
Tarix:28/12/12

Daşınmaz Əmlakın İnformasiya Sistemi idarəetmə məsələlərinin həllinə dəstək verəcək

"Daşınmaz əmlakın qeydiyyatı" layihəsi çərçivəsində yaradılan Daşınmaz Əmlakın Kadastrı, Qeydiyyatı və İdarə Edilməsi İnformasiya Sistemi (DƏKQİİS) bir çox ümumdövlət və regional idarəetmə məsələlərinin həllinə dəstək verəcək. Sistemin məlumatlarından müxtəlif mərkəzi icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər müxtəlif məqsədlər üçün istifadə edəcəklər. Sistem, ilk növbədə, hüquqi münasibətlərin tənzimlənməsi sahəsində informasiya rolunu oynayacaq.

"ICTnews" elektron xəbər xidmətinə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) bildirilib ki, sistem fiziki və hüquqi şəxslərin, Azərbaycanın ayrı-ayrı subyektlərinin, bələdiyyələrin daşınmaz əmlak üzərində hüquqlarının dövlət və məhkəmə müdafiəsinin, habelə hüquq subyektləri arasında əmlak hüquqlarının bölgüsü prosesini informasiya dəstəyi ilə təmin edəcək:

"Daşınmaz əmlakın vahid dövlət kadastrı mülkiyyət növündən, mənsubiyyətindən, habelə təyinatından asılı olmayaraq bütün növ daşınmaz əmlak obyektlərini kadastr uçotuna almaqla ölkənin və bələdiyyələrin büdcələrinin formalaşdırılmasında xüsusi yüklərə malik torpaq və əmlaka dair vergitutma bazasının genişləndirilməsinə xidmət edəcək, əmlakın fərdi və kütləvi bazar qiymətləndirilməsinə şərait yaratmaqla vergitutma fəaliyyətini təkmilləşdirəcək, əmlak bazarını intensivləşdirəcək".

Dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) obyektlərinin (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, habelə həm istifadədə, həm də icarədə olan dövlət torpaqlarının müvafiq istifadəçidən və ya icarəçidən geri alınması zamanı kompensasiyanın həcmi müəyyənləşdirilərkən bu informasiya sisteminin məlumatlarından istifadə ediləcək.

HƏQİQƏT



Baxış sayı: 744

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024