12px13px15px17px
Tarix:28/12/12

“Azərikimya” İB-nin saytı yenilənib

"Azərikimya" İB-də birliyin müasir informasiya texnologiyaları üzrə yenidən işlənərək, istifadə üçün daha çox texniki çeviklik və dinamiklik verilmiş yeni internet saytının təqdimat mərasimi keçirilib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, saytın təqdimat mərasimində Sumqayıt şəhərinin idarə və müəssisələrinin internet saytlarının, informasiya agentliklərinin nümayəndələri, həmçinin Qafqaz Universitetinin müəllim və tələbə heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan "Azərikimya" İstehsalat Birliyinin icraçı direktorunun müavini Xalıq Mustafayev qeyd edib ki, "Azərikimya" öz internet saytının yeni, daha böyük imkanlara malik variantının hazırlanmasını artıq üçüncü ildir ki, sıx əməkdaşlıq etdiyi Qafqaz Universitetinin müəllim və tələbə heyətinə etibar edib. Universitetin informasiya texnologiyaları üzrə gənc mütəxəssisləri və tələbələri bu işin öhdəsindən layiqincə gəliblər.

Sonra Qafqaz Universitetinin müəllimi, İKT elmi-tədqiqat mərkəzinin rəhbəri Xəyyam Məsiyev gənc və istedadlı yaradıcı qrup tərəfindən "Azərikimya" İB-nin yeni internet saytının yaradılması prosesində görülən işlər və onun texniki üstünlükləri barədə ətraflı məlumat verib və yaradıcı heyətin üzvlərini tədbir iştirakçılarına təqdim edib.

Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç öz çıxışında Qafqaz Universiteti ilə "Azərikimya"nın qarşılıqlı-faydalı əməkdaşlığından geniş söhbət açıb, bu əlaqələrin yeni perspektivlər vəd etdiyini bildirib. "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxışında vurğulayıb ki, informasiya texnologiyalarının daim təkmilləşməsi hər bir internet istifadəçisinin dünyanın elmi-texniki yenilikləri, baş verən siyasi hadisələr, iqtisadiyyatın bu və ya digər sahəsində qazanılmış nailiyyətlər və s. haqqında geniş və hərtərəfli məlumat almasına imkan yaradır.

CAHANGİR



Baxış sayı: 935

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024