12px13px15px17px
Tarix:28/12/12

Yerli universitet elmi nəşrlərin yüklənmə və sitatgətirmə reytinqində yer qazandı

Qafqaz Universiteti Social Science Research Network (SSRN) təşkilatının Entrepreneurship Research & Policy Network Organizations elmi nəşrlərin yüklənmə və sitatgətirmə reytinqinə görə dekabr ayı üzrə 2106. yeri tutaraq Qafqaz regionundan yeganə, MDB məkanından isə 5 universitetdən biri olub. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Qafqaz Universiteti mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev məlumat verib.

Onun sözlərinə görə, SSRN təşkilatı yüklənmə və sitatgətirmə kateqoriyalarına görə həm məqalələri, həm tədqiqatçıları, həm də tədqiqatçıların çalışdığı qurumların reytinqini müəyyənləşdirir: "Mərkəzi Amerika Birləşmiş Ştatlarında yerləşən Sosial və humanitar elmlər üzrə dünyanın ən populyar tədqiqat mərkəzlərindən olan Social Science Research Network təşkilatı 6 ildir ki, "webometrics" reytinqinə görə dünyanın on minə yaxın tədqiqat mərkəzləri sırasında ilk yeri tutur.

Bu tədqiqat bazasında otuz mindən çox universitet və tədqiqat mərkəzində fəaliyyət göstərən aralarında iqtisadiyyat üzrə "Nobel" mükafatçılarının əksəriyyətinin və dünyanın digər ən məşhur iqtisadçı və humanitar sahəsindəki elm adamlarının məqalə və tədqiqatları yer almaqdadır. Sosyal Elmlər Tədqiqat Şəbəkəsi sistemində olan 210 mindən çox tədqiqatçının beş yüz minə yaxın tədqiqatı və sistemin yüzə yaxın elektron jurnallarında nəşr olunan məqalələri artıq 20 ildir ki, istifadəçilərə pulsuz təqdim edilir".

HƏQİQƏT



Baxış sayı: 858

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024