12px13px15px17px
Tarix:29/12/12

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib

Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və 1 nömrəli "ASAN xidmət" mərkəzinin binası istifadəyə verilib. "ICTnews" elektron xəbər xidməti «president.az »saytına istinadən bildirir ki, Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, "ASAN xidmət" mərkəzində 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 23 hüquqi xidmət həyata keçiriləcəkdir. Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış olub.

SEYMUR



Baxış sayı: 1124

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024