12px13px15px17px
Tarix:30/12/12

DƏKQİİS ölkədə bank sektorunun və sığorta sisteminin inkişafına da dəstək verən informasiya mənbəyi olacaq

"Daşınmaz əmlakın qeydiyyatı" layihəsi çərçivəsində yaradılan Daşınmaz Əmlakın Kadastrı, Qeydiyyatı və İdarə Edilməsi İnformasiya Sistemi (DƏKQİİS) ölkədə bank sektorunun və sığorta sisteminin inkişafına da dəstək verən informasiya mənbəyi olacaq. Belə ki, sonradan hüquqi qüvvəyə minən dayanıqlı kadastr məlumatlarının mövcudluğu ipoteka predmeti olan daşınmaz əmlak obyektlərinin ipoteka bazarına cəlbini daha şəffaf edəcək, ipoteka kreditləşməsinin inkişafına təkan verəcək.

"ICTnews" elektron xəbər xidmətinə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) bildirilib ki, sistem əmlak idarəçiliyində də əvəzsiz rol oynayacaq. Belə ki, əmlak planlaşdırılması və əmlak idarəçiliyi üçün zəruri olan informasiyanın əsasını daşınmaz əmlakın kadastr uçotu məlumatları təşkil edir. İri infrastruktur layihələrinin həyata keçirilməsi və ya digər səbəblər üzündən daşınmaz əmlak obyektlərinin yenidən qurulması, təşkili, formalaşdırılması zamanı idarələrarası (sahələrarası) qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi kadastr məlumat bazası əsasında təmin olunacaq.

Daşınmaz əmlak obyektləri üzərində dövlət, bələdiyyə nəzarətlərinin həyata keçirilməsi, daşınmaz əmlakın vəziyyəti və istifadəsi ilə bağlı monitorinqlərin aparılması, ölkənin, onun ayrı-ayrı bölgələrinin, bələdiyyələrin ərazilərinin planlaşdırılmasına, funksional zonalaşdırılmasına, yaşayış məntəqələrinin inkişaf planlarına dair tədbirlər də daşınmaz əmlakın vahid dövlət kadastrının dayanıqlı və davamlı məlumat bazasına istinadən həyata keçiriləcək.

HƏQİQƏT



Baxış sayı: 956

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024