12px13px15px17px
Tarix:07/01/13

2013-сü ildə İT bazarının həcmi 3.7 trilyon dollar təşkil edəcək

"Gartner" tədqiqat şirkətində çalışan analitiklərin proqnozuna əsasən, 2013-cü ildə İT bazarının həcmi 4.2 faiz artaraq 3.7 trilyon dollar təşkil edəcək. "ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, analitiklərin hesablamalarına görə, 2013-cü ildə İT bazarının həcmi 4,2 faiz artaraq 3,7 trilyon dollar təşkil edəcək.

Müqayisə üçün qeyd edək ki, ötən il bu göstərici 3.6 trilyon dollara bərabər idi. Tədqiqat şirkətinin məlumatına əsasən, qiymətləndirmə müxtəlif seqmentləri əhatə edən minlərlə məhsul və xidmət tədarükçüsünün satış həcminin təhlilinə əsaslanır. İT bazarının ümumi həcmi qurğu, verilənlərin emalı mərkəzləri üçün avadanlıq, korporativ proqram təminatı, İT və telekommunikasiya xidmətləri arasında bölünür. Sonuncunun həcmi ümumi xərcin təqribən yarısını təşkil edir, lakin bütün təhlil edilən sahələr arasında ən zəif dinamika göstərib.

Stasionar və mobil şəbəkələrdə səs ötürülməsi xidmətlərindən əldə olunan gəlirin azalması mobil verilənlərin ötürülməsindən qazanılan gəlirlə kompensasiya olunur. "Gartner"in proqnozuna görə, 2016-cı ilədək artıq telekommunikasiya xidmətləri seqmentində əldə olunan gəlirin 33 faizi belə xidmətlərin sayəsində formalaşacaq.

Qurğu tədarüklərinə gəlincə, bu seqmentə fərdi kompüter, planşet, mobil telefon və printerlərə sərf olunan xərclər daxildir. Bu seqmentdəki dinamikaya baxmayaraq, ötənilki proqnozla müqayisədə nəzərəçarpacaq azalma qeydə alınıb. Hazırda korporativ proqram təminatı seqmentində ilk növbədə təhlükəsizlik, verilənlərin saxlanılması sistemlərinin idarə edilməsi və müştərilərlə münasibət kimi sahələr daha çox inkişaf edir.

Analitiklərin fikrincə, 2014-cü ildən etibarən "böyük məlumatlar" və informasiyanın idarə edilməsinə aid digər sahələr hərəkətverici qüvvəyə çevriləcək. "İT bazarı üçün əsas maneə qlobal iqtisadiyyatla bağlı qeyri-müəyyənlikdir - Qordon hesab edir. Bununla belə, problemlərin əksəriyyəti artıq arxada qalıb və buna görə də 2013-cü ildə İT xərclərinin həcminin artacağına ümid edirik".

Emil Hüseynov



Baxış sayı: 533

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020