12px13px15px17px
Tarix:07/01/13

Dövlət Statistika Komitəsinin saytı yenilənib

Azərbaycanın Dövlət Statistika Komitəsinin yeni internet səhifəsi (www.stat.gov.az) istifadəyə verilib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, yeni veb-səhifənin strukturu istifadəçi maraqlarına uyğun şəkildə təkmilləşdirilib və yeni bölmələr yaradılıb.

Sayt vasitəsilə demoqrafiya və sosial, iqtisadi və bir sıra digər sahələrə dair statistik məlumatlarla tanış olmaq mümkündür.

Bununla yanaşı, internet resursda "Qanunvericilik", "e-Xidmətlər", "Təsnifatlar", "Statistik nəşrlər", "Metaməlumatlar", "e-kitabxana", "e-hesabatlar", "Statistik lüğət" və digər faydalı bölmələr istifadəçilərin ixtiyarına verilib. Eyni zamanda, saytda komitənin fəaliyyətini əks etdirən xəbərlər yer alıb.   

Qeyd edək ki, yüksək keyfiyyətlə hazırlanan sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

CAHANGİR



Baxış sayı: 2025

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024